Elşin Behbudov və köməkçisi RPŞ-rin müvəqqəti saxlanma yerində monitorinq keçirib

Elşin Behbudov və köməkçisi RPŞ-rin müvəqqəti saxlanma yerində monitorinq keçirib

13 Mart 2015 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçisi Bəhmən İmanovla birlikdə Zərdab, Ağcabədi, Beyləqan, Fizuli, Horadiz, İmişli, Saatlı və Sabirabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə məlumat verən E. Behbudov bildirib ki, monitorinqin məqsədi saxlanma yerlərinin şəraiti, saxlanılan şəxslərə qarşı münasibətin öyrənilməsindən ibarət olub: "Bəzi xırda nöqsanları nəzərə almasaq, ciddi problemlər aşkar edilmədi".

E. Behbudov monitorinqin nəticələri ilə bağlı yaxın vaxtlarda daxili işlər nazirinə məlumat verəcəyini açıqlayıb.

E. Behbudov Beyləqan və Fizuli rayonlarında olarkən bəzi hərbi hissələrdə görüşlər keçirdiklərini və vətəndaşlar arasında sorğu apardıqlarını da bildirib: "Hərbi hissələrdə vəziyyət çox yaxşıdır".

Mediainfo.az