Qənirə Paşayeva: "Dövlət qurumları vətəndaşların müraciət və şikayətlərinə böyük diqqətlə yanaşmalıdırlar"

Qənirə Paşayeva: "Dövlət qurumları vətəndaşların müraciət və şikayətlərinə böyük diqqətlə yanaşmalıdırlar"

13 Fevral 2015 19:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, vətəndaşların bələdiyyələrlə bağlı şikayət və müraciətlərinə bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqan həssaslığını daha da artırmalıdır.

Hesabatda qeyd edilir ki, 2014-cü ildə bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqana bələdiyyələrlə bağlı 2186 şikayət və müraciət daxil olub. Onlardan 299-u baxılması üçün müvafiq qurumlara göndərilib 1897 işə baxılıb və onlardan 122-si təmin olunub.

Vətəndaşların bu quruma böyük ümidlə müraciət göndərdiyini deyən millət vəkili Qənirə Paşayeva onlara daha həssaslıqla yanaşılmasının vacib olduğunu bildirib. Millət vəkili hesabatda bələdiyyələrin sadəcə 3 faizinin internet saytı olmasına da toxunub və bildirib ki, əhali arasında maarifləndirmə işlərinin aparılması, məlumatların yayılması, görülən işlər barədə, tədbirlər barədə geniş məlumatların çatdırılması və vətəndaşlardan müraciətlərin, fikirlərini, suallarını qəbul edilərək cavablandırılması, aydınlaşdırılması istiqamətində bu çox önəmlidir və bələdiyyələr bu məsələyə diqqət yetirməlidirlər.

Bələdiyyələrin insanlar arasında nüfuzunun artması istiqamətində onların səlahiyyətinin də genişlənməsinə ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bələdiyyələr daha fəal və təşəbbüskar olmalıdır və onlar yerli sakinlərlə birlikdə qarşılıqlı inam və etimad şəraitində çoxlu işlər görə bilərlər. Millət vəkili hesabatda da öz əksini tapan, beynəlxalq təşkilatlarla əməkdaşlıqla bağlı bir məsələyə də xüsusi diqqət yönəldib.

2014-cü ilin oktyabrında Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci Plenar iclasına toxunan millət vəkili Qənirə Paşayeva Konqresin gündəliyinə Ukrayna, Gürcüstan və Moldovada separatçılığa qarşı tədbirlərə dair müzakirələrin daxil edilməsi zamanı Azərbaycanın adının salınmamasını ikili standart hesab edib.

Amma Konqresdəki nümayəndə heyətimizin fəaliyyəti nəticəsində Azərbaycanın adının da bu sənədə salınması, Ermənistan heyətinin bütün etirazlarına baxmayaraq Azərbaycanın təklifi əsasında bəyannamədə birbaşa Azərbaycan, habelə Gürcüstan, Moldova və Ukrayna separatçılıqdan əziyyət ölkələr deyə göstərilməsini önəmli hadisə hesab edərək Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində qəbul olunan sənədlərdə bu məsələnin əks olunmasının çox böyük vacibliyindən danışıb və bildirib ki, Konqresin toplantılarında təmsil olunan bələdiyyələrlə bağlı heyətimiz bu məsələyə bundan sonra da hər zaman xüsusi diqqət göstərməli və qəbul olunan sənədlərdə bu məsələlərin öz əksini tapmasına hər zaman bundan sonra da çalışmalıdır.

Mediainfo.az