Komitə sədri Abşeronda vətəndaşları qəbul edib

Komitə sədri Abşeronda vətəndaşları qəbul edib

27 Yanvar 2015 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Xırdalan şəhərindəki Mədəniyyət sarayında Sumqayıt, Abşeron və Xızı rayonlarından olan 20-yə yaxın vətəndaşı qəbul edib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

M.Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Mediainfo.az