Dini İdarə: Qaraçuxur məscidində yanğın kənar qüvvələr tərəfindən törədilib

Dini İdarə: Qaraçuxur məscidində yanğın kənar qüvvələr tərəfindən törədilib

26 Noyabr 2014 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən Apa-ya verilən açıqlamada bildirilir ki, həmin məscid daxilində və yaxud məscidin idarəçiliyini həyata keçirən dini icma daxilində bağlı heç bir problem yoxdur.

QMİ-dən bildirilib ki, baş verən hadisə kənar qüvvələr tərəfindən törədilib və bunun araşdırılması üçün də hüquq mühafizə orqanları məşğul olur: "Hüquq-mühafizə orqanları araşdırmanın nəticəsini açıqladıqdan sonra hadisəyə öz mövqeyimizi bildirəcəyik".

Qeyd edək ki, ötən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Mediainfo.az