Qaradağda “Narkomaniyaya yox!” tədbiri keçirilib
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə rayon müşavirəsi keçirilib.
Tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən qısa metrajlı videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə" Qaradağ rayon komissiyasının sədri Emil Abbasov Azərbaycanın müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirlərinin görülməsi vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd edib.
Tədbir zamanı "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə" Qaradağ rayon komissiyasının üzvü, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov 2014-cü ilin doqquz ayı ərzində rayon ərazisində görülən işlər barədə məlumat verib.
Sonda hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən broşürlər paylanıb.
Mediainfo.az