Alma və pomidor astma əleyhinə

Alma və pomidor astma əleyhinə

18 İyun 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Meyvə-tərəvəzin ən faydalı qidalar olduğunu bilirik. Bu yaxınlarda britaniyalı alimlər bunu bir daha təsdiqləyiblər. Belə ki, onlar bronxial astma və digər ağciyər xəstəliklərindən əziyyət çəkən iki mindən çox insan üzərində müşahidələr aparmış və belə bir nəticəyə gəlmişlər ki, alma və pomidor ağciyərin işini yaxşılaşdırır, nəfəsi asanlaşdırır. Tibb işçiləri bu gözlənilməz effekti onunla əlaqələndirirlər ki, həmin ərzaqlar antioksidantlarla zəngindir. Antioksidantlar isə öz növbəsində ağciyərləri siqaret tüstüsündən və havada olan zərərli maddələrdən qoruyur. Odur ki, mümkün olduğu qədər meyvə-tərəvəz, o cümlədən alma və pomidor yeyin. Almanın dəmirlə zəngin olduğunu da burada qeyd etməliyik.

Unutmayın ki, ən ağıllı həkim özünüzsünüz...

Əfqanə Səhər

O.M.