Şeyx əhaliyə müraciət etdi

Şeyx əhaliyə müraciət etdi

1 Oktyabr 2014 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik zamanı toy mərasimlərinin keçirilməsinin bütün hallarda yasaq olduğunu bildirib.

Qurumun internet səhifəsində bununla bağlı vətəndaşlardan göndərilən rəsmi məktuba cavab verilib.

Oktyabrın sonu üçün toy mərasimin keçirilməsinin münasib olub-olmaması ilə bağlı Allahşükür Paşazadəyə ünvanlanan məktuba şeyxülislam belə cavab verib: "Allah sizi və övladınızı xoşbəxt eləsin. Məhərrəm ayının dini matəm ayı olduğunu, eləcə də 25 oktyabr 2014-cü il tarixində artıq matəm ayının başlanacağını nəzərə alaraq toyun tarixinin dəyişdirilməsi məsləhət görülür".

Mediainfo.az