Komitə sədri dini icma nümayəndələri ilə görüşüb
Bu gün DQİDK sədri Mübariz Qurbanlı Yasamal rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.
Mediainfo.az xəbər verir ki, görüşdən öncə Mübariz Qurbanlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Heydər Əliyevin büstünü ziyarət edib.
Sədr bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Çıxış edən din xadimləri son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini ifadə edərək xüsusən yas mərasimlərindəki israfçılığın aradan qaldırılması istiqamətindəki tövsiyyələrə dəstək nümayiş etdiriblər. Sonda Mübariz Qurbanlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıb.



















































.jpg)












































