
İlin dəbli eynək modelləri hansılardır?
Günəş eynəkləri alarkən nələrə diqqət edilməlidir? Əgər aranızda hələ yay hazırlıqlarına başlamayanlar - xüsusilə eynək almayanlar varsa, o zaman bu məlumatımızı oxumağa dəyər. Eynək alarkən:
*** Nə tünd, nə də açıq rəngdə olmalıdır.
*** Yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır.
*** Qorumalı, "Polaroid" xüsusiyyətinə malik, Günəş şüalarını qıran, gözü qamaşdırmayan, özəlliklə avtomobil idarə edərkən gözləri rahatladan və onlara istirahət verən eynək seçilməlidir. Markası nə olursa-olsun, bu xüsusiyyətləri daşımalıdır.
Bəs görəsən, 2011-in eynək modelləri hansılardır?
*** Kişilər klassiklərdən vaz keçməməlidirlər.
*** "Polis, pilot model" deyə xalq arasında bu adla tanınan eynəklər də tərcih edilə bilər.
*** Qadınlara isə məsləhətimiz böyük, geniş çərçivəli, iddialı, 8 rəqəminin yatılı formasında olan modellərdir. Bu zaman eynəyin qara və ya qəhvə rəngi tonlarında olması gərəkdir.
*** Və ya bəziləriniz dördbucaq şəklində olan - Ledi Qaqa eynəklərini də piştaxtalardan əldə edə bilərsiniz.
Gözünüzə gözünüz kimi baxın, gözdən salmayın...
Günel Həbib
O.M.