Ombudsman başçəkmələr həyata keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları müraciətlərin araşdırılması, eyni zamanda Ombudsmanın nümayəndələri tərəfindən qəbul edilmələrini xahiş etmiş şəxslərlə görüşmək məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Müalicə Müəssisəsinə başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatı mətbuat xidmətindən apa -ya verilən məlumata görə, qəbul edilmiş şəxslərlə aparılan konfidensial söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıq etməyiblər.
Həmin şəxslərin bəziləri barələrində olan cinayət işi üzrə istintaqdan və ya məhkəmə qərarlarından narazılıqlarını bildirib, onlara bununla bağlı hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, eyni zamanda müvafiq hüquqi məsləhətlər verilib.
Müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.



















































.jpg)












































