Cib telefonu kimi o da xərçəng yaradırmış

Cib telefonu kimi o da xərçəng yaradırmış

8 İyun 2011 13:14
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi


Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir: turşular sizin sağlamlığınızı təhdid edir. Təşkilat tərəfindən konservləşdirilmiş turşunun da cib telefonu kimi xərçəng yaradanlar siyahısına alınması tibb dünyasını qarmaqarışıq etdi. Tərəvəzlərin sirkə ilə birləşməsi mədə və yemək borusunda xərçəng riskini artırdığını bildirən Səhiyyə Təşkilatı sübut kimi 2009-da Yaponiyada aparılan araşdırmanı göstərdi. Buna görə də digər ölkələrlə nisbətdə (35 % daha artıq) masasından turşunu əksik etməyən dargözlülərdə bu səbəbdən xərçəng xəstəliyinə daha çox rast gəlinir.

Bu qərar tibb dünyasını ikiyə böldü. Bəzi mütəxəssislər vitaminlə bol olduğu üçün turşunu məsləhət bilsələr də, digərləri heç tövsiyə etməyərək, DST ilə tam razılaşdıqlarını dilə gətiriblər.

Turşu dedim, ağzım sulandı...

Günel Həbib

O.M.