Sevdalı könüllər
Bir aşiq çəkməsə hicran qəmini,
Böyük nemət bilməz vüsal dəmini.
Göylər ulduzların gərdiş yeridir,
Ürək məhəbbətin vərdiş yeridir.
Vüsal şirindirsə, onun həsrəti vüsalın özündən də şirindir. Təbii ki, hər bir aşiq sevərək öz vüsalına qovuşmaq istəyindədir. Eyni zamanda vüsal hər bir aşiqin sevən qəlbinin məlhəmidir. Lakin sevinclə-kədər qoşa olduğu kimi, sevgidə vüsalla yanaşı, hicran da qaçılmazdır. İndi də keçid alıram hicran atəşində əzab çəkən sevənlərin sorğusuna.
(051) --17-92 nömrəli mobil telefonun sahibi olan xanım yazır:
Salam. Mənim 47 yaşım var, 3 övladım da var, həyat yoldaşım vəfat edib. 37 yaşında məni başa düşən bir oğlanla tanış olub, balalarımın razılığı ilə 4 ay bir evdə ailə kimi yaşamışıq. 4 aydan sonra bir qadın işimə və evimə gəlib deyir ki, bu oğlan mənimlə 4 il bir yerdə yaşayıb. Deyir ki, onun ailəsi məni gəlin kimi qəbul edib. Amma oğlan məndən ayrıla bilmir, onunla yaşamaq istəmir. Biz nə edək, hara müraciət edək? Mənə bir yol göstərin.
İsa Rəvan: Bu təsadüfdənmi, nədənmi bilmirəm, baş verən hadisələr hamısı 4 rəqəmi üzərindədir. İstər o oğlanla tanış olub bir yerdə olmağınız, istər onun əvvəlki tanışının sizi evə gəlməsi, istərsə də onların 4 il bir yerdə olması.
Sevgi elə bir duyğudur ki, o hər bir yaşda insanın qəlbində yaşayır. Çünki sevgisiz insan sadəcə mövcud olmaq deməkdir:
Sevgi .baxmır nə ömürə, nə yaşa,
Dönür hərdən gah bahara, gah qışa.
İsa Rəvan
Hər bir yaş .dövrünün sevgisi özünə görə güclüdür. O cümlədən sizin sevginizdə. Lakin hər tanışlığa sevgi, hər sevgiyə də ülvi duyğu kimi baxmaq olmaz. Düzgün olmayan seçimdə sevgi göz yaşlarına məruz qalır. Sizin tanış olub evinizə buraxdığınız oğlan gərək əvvəldən hər şeyi sizə deyəydi. Deməyibsə bu onun səhvidir. Siz də inanaraq, tanımadan, bilmədən qəlbinizi ona etibar etmisiniz. 4 il bir yerdə yaşadığı qadından sonra indi də sizinlə bir yerdədir. Əminsinizmi 4 aydan da sonra sizi başqasına dəyişməyəcək? Oğlanın ailəsi o qadını gəlin kimi qəbul ediblərsə, bəs onlar bu məsələyə necə baxırlar? Təbii ki, oğlanın ailəsi sizi qəbul etməyəcək. Digər tərəfdən də aranızda olan yaş fərqinə görə .onun valideynləri bu birliyə heç vaxt razı olmayacaqlar. O oğlan evlidir, subaydır bilmirəm. O qadınla 4 il bir yerdə yaşayıblar. Ümumiyyətlə, bu oğlan rəsmi surətdə kiminləsə ailə həyatı qurubmu, rəsmi evlənibsə sonradan başqa bir qadını evinə gətirməyi və ya sizin evə gəlməyi nə deməkdir. Təbii ki, sizin həyatınızın ixtiyarı öz əlinizdədir. Şəxsi həyatınıza özünüz cavabdehsiniz. Bir ürək dostu ilə qəlbinizi bölüşmək ixtiyarınız var. Bu da normal qaydalar çərçivəsində. Daha münaqişə və mübahisəli yox. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik əldə etmək olmaz. Bu oğlan da həmişəlik sizinlə qalan deyil. Hazırkı durumda son söz onundur. Əgər əvvəlki qadından övladı yoxdursa və onunla qeyri-rəsmi yaşayıbsa seçim oğlanın özünündür. Belə olduğu halda o qadın göz yaşlarından başqa bir şey əldə edə bilməz. Bütün hallarda oğlan özü bu məsələni həll etməlidir. Qadınla öz aralarında bu məsələyə aydınlıq gətirməli, bu söz-söhbəti birdəfəlik yekunlaşdırmalıdır. Siz də o qadınla yox, oğlanla bu barədə söhbət edə bilərsiniz.
(050) -- 23-99 nömrəli mobil telefonun sahibi olan bəy yazır:
Salam, İsa Rəvan. Mən institutda oxuyanda bir qızla tanış oldum və birə-birimizi sevdik. Xasiyyətlərimiz uyğun gəldiyindən fikrim ciddi idi. Bunu qızın özü də bilirdi. Lakin şəhərdə evim olmadığından onun anasıgil razı olmadılar. Sonradan qızın özünü də bu sevgidən döndərdilər. Qız mənə - kirayədə qala bilmərəm, - dedi. Onun bu sözləri mənim qəlbimə toxunsa da, yenə onu sevdiyimi dedim. O isə daha heç nə demədi. Həm sevirəm, həm də hərəkətlərinə görə düşünürəm. Mənə məsləhət verərdiniz.
İsa Rəvan: Təmiz sevgidə şərt olmur və əlavə şərtlər də o sevgiyə xələl gətirir. Sevgi onun naminə mübarizə tələb edir. Qarşılıqlı olan sevgidə hər iki tərəf sonadək bu mübarizəni davam etdirirlər. Təmiz sevgi saf olduğundan kənar müdaxilələr onu tez sarsıda bilər. Lakin hər iki tərəfin bir-birinə güclü inam və sevgisi olanda o sevgi də öz ülviliyini qoruyub saxlayaraq yaşayır. Ümumiyyətlə, təmiz sevgiyə kənardan müdaxilə etmək düzgün deyil. Düzdür, hər bir valideyn övladının xoşbəxtliyini, onun gələcəkdə hər cür yaxşı şəraitdə yaşamasını istəyir. Ancaq unutmaq lazım deyil ki, xoşbəxtlik təkcə var-dövlətlə əldə olunmayır. Nə də ki, əsl sevgi var-dövlətə satılmayır, nə də pul ilə alınmayır. Belə sevgi uzun müddət davam gətirə bilməz. Həyatın hansısa gözlənilməz hadisəsində o sevgi öz qüvvəsini itirərək tükənəcək. Ev, maşın və hər cür şərait varsa, lakin orada sevgi yoxdursa, o ailə hansı səadəti yaşayacaq. Ona görə də qarşılıqlı sevgi və qarşılıqlı hörmət qəlbən yaşanmalıdır. Belə sevginin ömrü də uzun olacaq. Məgər bütün ailə həyatı quranların əvvəlcədən şəxsi evləri olur? Heç kəs bilmir ki, sabah taleyinin hökmü necə olacaq. O qız öz qəlbinin səsinə qulaq assaydı bəlkə də belə olmazdı. Demək, qəlbində də elə bir güclü sevgisi və sizə qarşı inamı olmayıb. Bu cür tələb olunan müəyyən şərtlər var ki, onları sevgiyə qurban vermək olar. Yəni sevgi naminə müəyyən əzablara dözərək sinə gərmək lazımdır. O qız isə maddiyyatı sevgisindən üstün tutdu. Bu gün sizin eviniz olmadığına görə sevginizi qəbul etmədi. Axı o, bu sevgini qəbul etməklə deyil, sizinlə birlikdə qəlbən yaşamalıydı. Birgə səadətinizə qovuşub sonradan çox şey əldə etmək olardı. Yetərdi ki, bir-birinizi başa düşəydiniz. Burada söhbət yalnız qızın özünün sizə olan münasibətindən gedir. .Artıq bundan sonra sizin onunla qəlb bağlılığınız möhkəm olmayacaq. Sizə dəyər verməyəni siz də unudun. İlk əvvəl çətin olsa da tədricən hər şey normallaşacaq.
(070) 13-25 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: Salam. Mən də pis bir durumdayam. Sevməyi xəyalıma gətirməyən mən, sonradan sevdim. İndi də sevdiyim oğlan məni atıb gedib. Çox pisəm, onsuz qala bilmirəm.
İsa Rəvan: Kimsə deyə bilməz ki, mən sevməyəcəyəm. Ona görə də heç vaxt olmaz-olmaz demək düzgün deyil. Sevgi xəyala deyil, ürəyə gəlir. .Gələndə də kimsə çilə məsləhətləşmir. Əsl sevgidə yalan və xəyanət olmur. Siz inanıb sevmisiniz, lakin bu qarşılıqlı olmayıb. .Sadəcə olaraq sizin inamınızdan istifadə edib. Çünki o oğlanda bu ötəri və ya ani hiss olub ki, . o da keçib gedib. Vəfasızdan necə vəfa uma bilərsiniz. O geri dönsə də yenə .sonda acılar yaşayacaqsınız. Bir sevginin ki, sonu hicran olacaq onu yaşamağa da dəyməz. Burada sevgi günahkar deyil, sadəcə olaraq seçiminiz düzgün olmayıb. Bu sizdə sevgiyə qarşı .inamsızlıq yaratmasın. Bilirsiniz ki, o oğlan sizi aldadıb. Təzədən ona inanıb, onsuz qala bilməməyiniz düzgün olmaz. Artıq onun kim olduğunu bildiniz. İndi də onu unudaraq, onsuz qala bilməyi bacarın.
Zaman hər şeyi həll edəcək.
Müəllifdən: Qalan mesajlarla gələn həftə görüşənədək.
Əlaqə nömrəsi: (055) 785-84-83. İsa Rəvan



















































.jpg)












































