Yeni ili romantik keçirtmək üçün açar məsləhətlər...

Yeni ili romantik keçirtmək üçün açar məsləhətlər...

24 Dekabr 2013 11:34
Bəyəndim (0) Bəyənmədim (0)
Romantikanın qatilini seçməyin!

Yeni ili sevgilinizlə qarşılamaq haqda fikirləşirsinizsə, bu məsləhətlər çox işinizə yarayacaq!

*** Romantik bir axşam yeməyi təşkil edin

Özəl yeməklər bişirmək məcburiyyətində deyilsiniz. Sadəcə olaraq, gözəl geyinin, masaya şamlar qoyun və təbii ki, televizoru söndürün. Beləcə, gözəl bir axşam keçirən cütlük olaraq söhbət etmə imkanına malik olacaqsınız.

*** Randevulaşın!

Əvvəlcədən görüş təyin edin. Məcbur deyil ki, onunla birlikdə çox bahalı bir restorana getməlisiniz. Bir-birinizə sarılıb film izləyərək və ya küçəlrədə əl-ələ dolaşaraq da gözəl gecə keçirə bilərsiniz.

*** İncəliklər...

Ona onu düşündüyünüzü bəlli edin. Məsələn, gün ərzində ona bir neçə sevgi mesajı yollayın. Və ya evdən çıxmadan cibinə sevgi notu qoyun. İşdə və ya getdiyi hər hansı bir yerdə əlini cibinə atanda xoş sürprizlə qarşılaşmış olar.

*** İş barəsində danışmayın!

Hər nə qədər iş yerindəki problemlərinizi paylaşmaq, onlardan çıxış yolu axtarmaq insanı yüngülləşdirsə də, bütün bunlar romantika öldürən qatillərdən biridir. Bir az ara verməyə nə deyirsiniz?

*** Onun xoşuna nə gələ bilər?

Məsələn, onun sevdiyi bir filmi - hər nə qədər siz sevməsəniz belə birlikdə seyr etməyi təklif edin. Və ya ev işlərində ona ondan xəbərsiz yardımcı olun.

*** "Səni sevirəm" deyin!

Bu iki söz bütün qapıları aça bilən bir açardır əslində. Bu sözlər mütləq dilinizə gətirin, heç nədən çəkinməyin, utanmayın! Qapıları üzünüzə açın...

Günel Həbib

Mediainfo.az