Ramazan ayı üçün "gold" məsləhətlər

Ramazan ayı üçün "gold" məsləhətlər

10 İyul 2013 10:49
Bəyəndim (0) Bəyənmədim (0)
Bu qaydalara riayət edin

Bu gündən müqəddəs Ramazan ayı başlayır. Bu il on bir ayın sultanı ilin ən isti günlərinə təsadüf edir. Bu günlərdə oruc tutanlar sağlamlıqlarının bunun üçün əlverişli olub-olmadığını nəzərə almalıdır.
Oxumeni.az türkiyəli mütəxəssis, qidalanma və pəhriz üzrə mütəxəssis Burcu Akpınarın orucla bağlı qızıl təkliflərini təqdim edir.

İsti havada su içməyə diqqət edin. İmsaq və iftarda azı 8-10 stəkan su içməyə çalışın. Çay, qəhvə, qazlı içkilərin əvəzinə sadə su, ayran, südə üstünlük verin. Onlar həm maye, həm də mineral ehtiyacınızı qarşılayacaq. Əks halda böyrəklər və başqa daxili orqanlar susuz qalaraq, sağlamlıq üçün ciddi problemlər yrada bilər.

Qəbizlik problemi olanlar bu ayda daha çox problemlə qaşılaşa bilərlər. Bunun üçün imsaq və iftarda bu prblemin qarşısını ala biləcək rasion hazırlamağınız məsləhətdir.

Ancaq ətdən ibarət olan qidalar qəbizlik və bir sıra başqa problemlərə yol aça bilər. Meyvə tərəvəz, salatlardan istifadəni artırmaq, buğda unu yerinə, çovdar və sairə istifadə edə bilərsiz.

Hərəkətsiz həyat tərzindən qaçın. Ac qaldığınız vaxtda hərəkətlərinizi azalda bilərsiz. Amma yeməkdən sonra oturmaq məsləhət deyil. Bu qəbizliyə və artıq çəkiyə dəvət ola bilər. Ən yaxşı yol yeməkdən bir müddət sonra gəzintiyə çıxmaqdır.

Çox yağlı, duzlu, şəkərli qidalardan nəinki Ramazanda, həmişə qaçmaq lazımdır. Amma müqəddəs ayda, xüsusilə imsaqda belə qidalarla qidalanmaq tez susuzlamağınıza və acmanıza səbəb ola bilər. İftar vaxtı belə qidalardan çox istifadə isə ürəyin,mədənin yükünü artıra bilər. İnfarkt riskini yüksələ bilər. Yeməyi yavaş-yavaş və az yeyin.

Mütləq imsaqa edilməlidir. Səhərlər yumurta, pendir, süd kimi proteinlə zəngin qidalar qəbul etməyə çalışın.

Çay və qəhvəni yeməkdən azı 45 dəqiqiə sonra qəbul edin. Şərbətli şirniyyat yerinə südlü şirniyyatlara üstünlük verin. Bu 2-3 top dondurma ola bilər. Meyvə iftardan 2-3 saat sonra qəbul edilsə daha məqsədəuyğundur. İsti havada kalsium və mineral itkisinin qarşısını almaq üçün süd-qatıq mütləq rasiona daxil edilməlidir.

O.M.