"Solyari gec-tez onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur”

"Solyari gec-tez onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur”

3 İyul 2013 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Mütəmadi olaraq solyariyə girmək məsləhət deyil".Bunu Milli Onkologiya Mərkəzinin həkimi Elçin Mansurov bildirib. Onun sözlərinə görə, bunun nəticəsində insanların bədənində şişlər və digər xəstəliklər əmələ gələ bilər: "Solyari dəriyə elə bir təsir göstərir ki, dəri bəzən orqanizmin neyrohumoral nəzarətindən çıxır. Bu da gec-tez onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur"

Həkim onu da bildirib ki, solyariyə bir-iki dəfə girməklə belə problem yaranmaz: "Yalnız mütəmadi olaraq solyaridə dərisini qaraldan insanlar üçün qeyd edilən təhlükə var".E. Mansurov onu da vurğulayıb ki, insanlar dərilərində hansısa patoloji dəyişikliklər hiss etsələr, dərhal mütəxəssislərə müraciət etməlidirlər.

O.M.