Onkoloq: "Günəşdən qorunun ki, xərçəngə tutulmayasınız"
"Dəri xərçəngi iqlimi isti olan ölkələrdə geniş yayılıb. Azərbaycanda da dəri xərçənginə Kür-Araz ovalığı, Naxçıvan Muxtar Respublikası və Aran rayonlarında yaşayan əhali arasında daha çox rast gəlinir".
Bu barədə Milli Onkologiya Mərkəzinin Poliklinika şöbəsinin həkimi Elçin Mansurov məlumat verib. O bildirib ki, xəstəliyin yayılmasına səbəb insanların özlərini günəşin zərərli təsirindən qorumaması, özünüqoruma vasitələrindən istifadə etməməsidir. E.Mansurovun sözlərinə görə, mütəmadi olaraq günəş şüasının zərərli təsirinə məruz qalan insanlarda bədənin açıq nahiyələrində-üz, alın, baş dərisi, boyun, əllərdə dəri xərçəngi xəstəliyi yaranır".
Həkim dəri xərçəngindən qorunmaq üçün çimərliklərə gedən vətəndaşlara məsləhət də verib: "İnsanlara adətən dəniz kənarına gündüz saat 12-yə qədər, günün ikinci yarısı isə 17-dən sonra getmək məsləhət görülür. Təəssüf ki, bu saatlarda qaralmaq üçün qoruyucu vasitələrdən istifadə etmirlər, günəşin zərərli şüalarına məruz qalırlar. Bu isə gələcəkdə müəyyən fəsadların yaranmasına səbəb ola bilər"
O.M.






































































.jpg)
.jpg)
.jpg)






















