Qaraciyərin qida dəyəri haqqında faydalı məsləhət

Qaraciyərin qida dəyəri haqqında faydalı məsləhət

13 May 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ümumi götürsək insanların çoxu rasionunda qaraciyərin olmasını sevir. Qaraciyər ən zəngin qida qaynaqlarından biridir. Təbii ki, bütün qidalar kimi qaraciyəri də balanslı şəkildə istehlak etmək lazımdır. Dietoloqlar 100 qram quzu qaraciyərinin 164,9 kkal təmin etdiyini bildirilər. Orta hesabla, bu mal əti, dana əti, toyuq və qaz əti ilə fərqli ola bilər.
Bildiyimiz kimi, qaraciyər həm evdə hazırlana, həm də bir çox fərqli məkanlarda yeyilə bilən xüsusi və ləzzətli yeməklər sırasındadır. Eyni zamanda porsiya baxımından 100 qrama hesablandıqda bir çox fərqli qida dəyərini ortaya qoyur.

Xüsusən A vitamini ilə yanaşı eyni zamanda dəmirlə də zəngindir. Bu baxımdan, dəmir çatışmazlığı ilə mübarizə aparanlar üçün əhəmiyyətli bir qaynaq olaraq tövsiyyə edilə bilər. Tərkibində B12 vitamini olduğu üçün dünyada istehlak edilə bilən qida qaynaqları arasında önə çıxır. Ümumiyyətlə, tərkibində anemiyaya qalib gəlməyə kömək edən zəngin vitamin və minerallar var. Odur ki, bu qidadan tez-tez istifadə edənlər vaxtaşırı məsləhət rublikamızla tanış olsalar yaxşı olar...

Oxuməni.az