Yetkinlik dövrü sürətli inkişafın ən vacib mərhələsidir

Yetkinlik dövrü sürətli inkişafın ən vacib mərhələsidir

24 Noyabr 2022 13:02
Bəyəndim (11) Bəyənmədim (0)

Bir çox valideynlər kompüter texnologiyalarına məruz qalmanın körpələrin inkişafına necə təsir edə biləcəyindən narahatdırlar. Məktəbəqədər və yetkinlik dövrü çatmış uşaqlarımızın heyrətamiz sürətlə yeni sosial və idrak bacarıqları əldə etdiyini hamımız çox gözəl bilirik. Təbii ki, buna mane olmaq üçün onların kompüterdə saatlarla vaxt keçirmələrini istəmirik. Yetkinlik dövrü sürətli inkişafın ən vacib mərhələsidir. Mütəxəssislər bildirirlər ki, yeniyetmə həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial media və mətn mesajları onların həyatları üçün olduqca təhlükəlidir. Gənclər isə bildirirlər ki, bu təhlükə baradə mütəxəssislər tutarlı bir səbəb göstərməlidirlər. Bəzi ictimai mərkəzlər tərəfindən aparılan sorğularda gənclər arasında sosial media platformalarının onların sağlamlıqlarına və rifahına necə təsir etdiyi araşdırılıb. Araşdırmaların çoxunda ən pis hal bu vərdişlərin gənclərdə təklik hisslərinin artmasına səbəb olduğu göstərilib.

Yeniyetmələr dərsdən sonrakı saatlarda yuxu vaxtı çatana qədər özlərini məşğul saxlamaqda ustadırlar. Onlar həmişə buna oxşar ustalıqlar edirdilər. Lakin sosial medianın yaranması ilə uşaqlarımız əvvəlkindən daha çox imkanlar əldə etsələr də, bəzən tələlərlə üzləşirlər.

Valideyn olaraq bizim üzərimizə düşən əsas vəzifə uşaqlarımızada özünə inamı yaratmağa kömək etməkdən ibarət olmalıdır. Sağlam məsləhət vermək və onları maraqlandıran bir məşğuliyyətə cəlb etmək məqsədəuyğundur. Məsələn bu, idman və ya musiqi, kompüterləri sökmək kimi ola bilər. Marağa səbəb olan və uşaqlara güvən verən hər şey, onların necə göründükləri və sahib olduqları şeylər əvəzinə, nə edə biləcəkləri haqqında yaxşı hiss etməyi öyrəndikdə üzə çıxır və onlar daha xoşbəxt olurlar. Bu da onların gələcək həyatı üçün çox vacibdir. Gəlin birlikdə övladlarımıza dəstək olaq, axı onlar bizin nəslimizin daşıyıcılarıdır.

Murad Şahməmmədov