"Yox" deməyi öyrənin - Pisixoloji məsləhət

"Yox" deməyi öyrənin - Pisixoloji məsləhət

16 Noyabr 2022 11:08
Bəyəndim (37) Bəyənmədim (1)

Yaşadığımız cəmiyyətin adət və ənənələrinə görə bəzən yox demək tərbiyəsizlik sayılır. “Yox” deməkdən qorxan insanlar, qarşılarındakı insanı incitməkdən qorxduqları üçün istəmədikləri bir çox vəziyyəti qəbul edərlər. Ancaq “Hə” deyəndə də çox vaxt özlərini istər-istəməz bədbəxt hiss edərlər. Fikirlərinizi həmişə aydın və başa düşülən şəkildə ifadə edin. İstəmədiyin bir şeyi etmək səni xoşbəxt etməyəcək. Sən xoşbəxt olmadıqca başqasını da xoşbəxt edə bilməzsən. Özünə güvən. Həyatın bizə bəxş etdiyi problemlər qarşısında aciz olmaqdansa, bir çox əvvəlki problemlərin öhdəsindən gəldiyimizi və mübarizədən əsla əl çəkmədiyimizi xatırlamalıyıq. Bunu xatırlamaq Sizi ruhlandıracaq və probleminizi həll etməyə kömək edəcək. Problemləri görməməzlikdən gəlməkdənsə, bir dəfə uğur qazandığın fəlsəfə ilə inamla hərəkət et ki, bir daha uğur qazana biləsən.

Özünüzə qarşı çevik olmaq Sizin güclü tərəflərinizdən biridir. Dəyişməkdən qorxmayın, özünüzə daha tolerant və çevik yanaşmağa çalışın, yeni şeylər sınamağı dayandırmayın. Unutmayın ki, hər kəs hər sahədə uğur qazanmaq məcburiyyətində deyil, ancaq güc və özünə inamla yanaşan istənilən problemin öhdəsindən gəlmək olar.
Pozitiv olun. Bizi üzən şeylərin əslində hadisələr deyil, hadisələrə verdiyimiz dəyərlər olduğunu bilmək faydalıdır. Hadisələrə baxışınızı dəyişdirdiyiniz zaman, sadəcə mənfi cəhətlərə baxmaq əvəzinə, hadisələr zamanı öyrəndiklərinizə diqqət yetirmək və öyrəndiklərinizi bir təcrübə olaraq görmək həyatınızı daha da maraqlı edəcək.
Murad Şahməmmədov