Ev şəraitində necə mayonez hazırlamaq olar?

Ev şəraitində necə mayonez hazırlamaq olar?

20 İyun 2012 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Mayonezi evdə də hazırlamaq mümkündür. Çox sadə bir resepti olan mayonezi evinizdə rahatlıqla hazırlayıb salatlarda və bəzi yeməklərdə istifadə edə bilərsiniz. Mayonez hazırlayarkən ehtiyacınız olan vəsaitlər bunlardır:

2 ədəd yumurta sarısı

1/4 ədəd limon suyu

400 ml və ya 2 su stəkanı duru yağ

10 qr və ya 1 xörək qaşığı xardal

Hazırlanma qaydası

Ev şəraitində mayonez hazırlamaq üçün yumurta sarısını xardalla birlikdə mikserlə qarışdırın. Limon suyunu əlavə edib qarışdırmağa davam edin. Duru yağı yavaş-yavaş hazırladığınız qarışığa əlavə edin. Dadına baxıb duz və istiot əlavə edin. Rəngini açmaq üçün istəsəniz qatıq da əlavə etmək olar.

Günay Səfərli

O.M.