Yaroslavl bölgəsi səmasında bir neçə UNO müşahidə edilib
Ötən gecə Yaroslavl bölgəsindəki Uqliç şəhəri səmasında naməlum uçan obyektlər müşahidə edilib. Onlar havada qalıb və qəfil istiqamətini dəyişiblər. Oxuməni.az xəbər verir ki, bu barədə SHOT-un yaydığı məlumatda deyilir.
Mənbəyə görə, yerli ufoloqlar qırmızı UFO-ları 25 dəqiqə müşahidə ediblər. Obyektlərin hərəkəti qeyri-adi idi: onlar havada donub qala, fırlanmağa başlaya və sonra paralel olaraq düzülə bilirdilər.
Tədqiqatçıların fikrincə, UFO-lar səssiz idilər və klassik uçan boşqaba bənzəyirdilər.
Ufoloqlar həmçinin səmada təyyarələrin, Beynəlxalq Kosmik Stansiyasının və ya peyklərin mümkün mövcudluğu barədə məlumatları yoxlayıblar. Lakin, onların məlumatlarına görə, həmin vaxt hava məkanında rəsmi olaraq heç nə yox idi.
Əziz MUSTAFA
Digər xəbərlər
































































































