Şəkidə Tenqri tamğası tapıldı

Şəkidə Tenqri tamğası tapıldı

Bəyəndim (0) Bəyənmədim (0)

Şəkinin Fazıl kəndinə məxsu “Əbədi Sükut Labirinti” kurqanında tapılan Tenqri türk tamğası altaydil nəzəriyyəsini çürüdür. Bu barədə Xəzər Albaniyası səhifəsinin admini Paşa Əsədgil məlumat verib.

Şəki rayonunun Fazıl kəndi ərazisində yerləşən və yerli tədqiqatçılar tərəfindən “Əbədi Sükut Labirinti” adlandırılan qədim kurqan, bölgənin proto-türk mədəniyyətinə aid mühüm arxeoloji faktları üzə çıxarmışdır. Aparılan araşdırmalar zamanı bu kurqandan Tenqri (Göy Tanrı) inanc sisteminə məxsus türk tamğasının tapılması xüsusi əhəmiyyət daşıyır.

Tapılan tamğa formaca Orta Asiya, Altay və Ön Asiya ərazilərində yayılmış qədim Tenqrici simvolika ilə üst-üstə düşür. Bu fakt Şəki-Zaqatala bölgəsinin yalnız Xəzər Albaniyasının deyil, eyni zamanda daha qədim türk etno-mədəni və dini ənənələrinin daşıyıcısı olduğunu göstərir.

Kurqanın labirintvari quruluşu və simvolik səciyyəsi onun sıradan qəbir deyil, ritual-mistik funksiyaya malik müqəddəs məkan olduğunu düşündürür. Tenqri tamğasının burada tapılması isə bu məkanın Göy Tanrı inancı ilə bağlı ayinlər üçün istifadə edildiyini ehtimal etməyə əsas verir.

Bu tapıntı bir daha sübut edir ki, Azərbaycan ərazisi, xüsusilə Şəki bölgəsi, Türk Tanrıçılığının qədim mərkəzlərindən biri olmuş, sonrakı dini-mədəni mərhələlər (Alban xristianlığı, islam) məhz bu dərin təməl üzərində formalaşmışdır. Təbii buna inamayanlar debata gələ bilərlər, hələ o da gələ bilsələr.

Oxuməni.az