Moskva metrosu – Stalinin layihəsini Kaqanoviç 5 ilə həyata keçirib

Moskva metrosu – Stalinin layihəsini Kaqanoviç 5 ilə həyata keçirib

18 Mart 2023 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada metro tikintisi 1875-ci ildən bir neçə dəfə gündəmə gəlsə də, bu məsələ fərqli səbəblərdən reallaşmayıb. Nəhayət, sovet dövründə, 1930-cu illərin əvvəllərində paytaxtda metronun inşası növbəti dəfə Mərkəzi Komitədə müzakirə mövzusu olub...

Paytaxt sakinlərini rahat ictimai nəqliyyatla təmin etməkdə Stalinin də marağı olub. Həmin dövrdə Moskva şəhər partiya komitəsinin birinci katibi Lazar Kaqanoviç nəqliyyat vasitəsi kimi daha çox elektrik qatarlarının istifadəyə verilməsini məqbul saysa da, Stalinin marağına qarşı çıxa bilməyib və o, sovet liderinin göstərişi ilə Mərkəzi Komitənin 1931-ci il iyun plenumunda metro tikintisi ilə bağlı məruzə hazırlayıb.

history-msk-metro.png (730 KB)

Plenumda paytaxtda metronun inşası iki gün müzakirə edilib. Məkan, vəsait, işçi qüvvəsi, mütəxəssislər, təhlükəsizlik tədbirləri və bu kimi məsələlər ortaya çoxsaylı suallar çıxarıb. Bütün bu suallara cavab tapıldıqdan sonra Stalin tikintinin başa çatması üçün Kaqanoviçə 5 il vaxt verib:
- Lazar Moiseyeviç, metro Moskva üçün vacibdir. Onun tikintisi Moskva şəhər partiya komitəsinə həvalə olunur. Razılaşdırdığımız kimi komitənin tabeliyində Moskava metro tikintisi idarəsi də yaradılacaq. Siz bu işlərlə tam ciddi məşğul olmalısınız. Tikinti üçün Komissarlar Soveti (Nazirlər Soveti) bütün lazımi tədbirləri həyata keçirəcək, siz qarşılıqlı olaraq məsələləri birlikdə həll edəcəksiniz. Düşünürəm ki, bunun üçün 5 il vaxt kifayət edəcək.

593246.jpg (164 KB)

Kaqanoviç Stalinin ona göstərdiyi etimaddan ilhamlanaraq sovet liderinə qarşıya qoyulan tapşırığı vaxtından əvvəl yerinə yetiriləcəyinə söz verib:

- Yoldaş Stalin, biz bütün gücümüzlə partiyamızın bizə göstərdiyi etimadı doğruldacağıq. Sizi əmin etmək istəyirəm ki, metronun inşası sizin dediyiniz vaxtdan da əvvəl başa çatacaq.

Stalin Kaqanoviçin bu əminliyini təbəssümlə qarşılayıb və ona zarafatla reaksiya verib:

- Mən də sizə söz verirəm ki, metro düşündüyümüz vaxtdan əvvəl şəhər sakinlərinin ixtiyarına verilsə, ona sizin adınızı verəcəyik.

1933_Metro_Kaganovich_Bulganin.jpg (138 KB)

Zarafat öz yerində, amma metro Stalinin dediyi vaxtdan bir il əvvəl hazır olanda, sovet lideri dediyi sözün üstündə dayanıb. Moskva metrosuna Lazar Kaqanoviçin adı verilib. 1955-ci ildə isə Nikita Xruşovun təşəbbüsü ilə Kaqanoviçin adı metrodan götürülüb və Leninlə əvəzlənib.

Moskva metrosu 1935-ci ilin mayın 15-də açılıb. İki istiqamət üzrə xəttin uzunluğu (“Sokolniki” – “Park kulturı” və “Oxotnıy ryad”- “Smolenskaya”) 11.2 kilometr olub ki, bu xəttlərin üzrərində 13 stansiya yerləşib.

Paytaxtda metronun sürətlə inşa olunması uğurlu bir göstərici kimi qiymətləndirilib. Partiya rəhbərləri tərəfindən bu layihənin gercəkləşməsi Stalinin sosialist quruculuğunda ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirilsə də, tikinti zamanı insan ölümü ilə nəticələnən çoxsaylı hadisələr də baş verib.

1930-е строительство метро.jpg (173 KB)

1933-cü ilin payızında şaxtada baş verən uçqun zamanı 300-ə qədər işçi dağıntılar altında qalaraq həlak olub. Ümumi statistikaya görə 1931-1934-cü illər ərzində metro tikintisi zamanı 444 yanğın, 408 bədbəxt hadisə qeydə alınıb və bütün bu hadisələr də insan ölümləri ilə müşayiət olunub. Bu haqda ictimaiyyətə heç bir məlumat verilməyib.

Metronun tikintisində ən böyük problemlərdən biri işçi qüvvəsinin çatışmazlığı olub. Əvvəlcə tikintində 36 min nəfər işləyib. Bir neçə aydan sonra məlum olub ki, bu qüvvə ilə tikintini vaxtında başa çatdırmaq mümkün olmayacaq. Artıq 1932-ci ildə tikintidə işçilərin sayı 70 min nəfərə çatıb.
Moskva metrosunda yeni stansiyaların tikintisi bu gün də davam edir. Hətta sovet-alman müharibəsi illərində də bir neçə stansiya inşa edilib.

1930s_Smolenskaya.jpg (156 KB)

Müharibə dövründə Dövlət Müdafiə Komitəsi almanların Moskvanı işğal edəcəyi təqdirdə metronu suda batırmaq haqqında qərar qəbul edib. Amma məlum olduğu kimi, bu tədbiri həyata keçirməyə ehtiyac qalmayıb. Əksinə, müharibə dövründə Moskva metrosundan sığınacaq kimi istifadə olunub. həmin ərəfədə 100 mindən artıq Moskva sakini özlərinə metroda sığınacaq tapıblar. Stansiyalara axışan şəhər sakinlərinin sayı o qədər çox olub ki, onlar hətta tunellərdə qalmağa məcbur olublar.

Moskva metrosunda təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirilsə də, istifadəyə verildiyi vaxtdan bu günə qədər 7 dəfə terror aktı törədilib. Metroda ilk dəfə terror törədənlər isə 1977-ci ildə ermənilər olublar. Qeyd edək ki, həmin ilin yanvarın 8-də saat 17-33-də metronun “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasında hərəkət edən qatarın vaqonlarının birində partlayış baş verib.

1935 Открытие метро ВГребнев.jpg (93 KB)

Növbəti partlayış səsi 32 dəqiqədən sonra, 18-05-də Dzerjiniski küçəsindəki ərzaq mağazasında eşidilib. 5 dəqiqədən sonra isə “Nikolskaya” küçəsindəki ərzaq mağazasında partlayış törədilib. Hüquq-mühafizə orqanların çevik reaksiyası nəticəsində həmin gün üçün planlaşdırılmış daha 4 terror aktının qarşısı alınıb. Terrorçuların hər üçü, Stepan Zatikyan, Zaven Baqdasaryanı və Akop Stepanyan məhkəmənin hökmü ilə ən ağır cəzaya, güllələnməyə məhkum ediliblər. Musavat.com