İki ölkənin prezidentləri arasında mübahisə əlbəyaxa davaya səbəb olub

İki ölkənin prezidentləri arasında mübahisə əlbəyaxa davaya səbəb olub

5 Fevral 2023 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Prezidentlərin müasir tarixdə əlbəyaxa olmağa gətitb çıxaran yeganə mübahisəsi Tacikistan və Özbəkistan başçıları arasında (iki dəfə) baş verib. Fransanın Le Point jurnalına görə, Qazaxıstandakı görüşdə Emoməli Rəhmon və İslam Kərimov Səmərqənd və Buxara üçün bir-birləri ilə yüksək tonlarda mübahisə ediblər.

Tacikistan Prezidenti Emoməli Rəhmon 8 dekabr 2009-cu ildə jurnalistlərlə görüş keçirib və burada ölkənin qonşu Özbəkistanla münasibətlərinin sensasiyalı təfərrüatlarını açıqlayıb

Tacikistan prezidentinin sözlərinə görə, özbək həmkarı İslam Kərimova əvvəllər çox yaxşı münasibət bəsləyirdi.

"Ancaq sonra çox şey öyrəndik. Bu adam taciklərə qarşı mübarizə aparır... ölkəmizin inkişafını istəmir, yolları bağlayır, soyuq qışda elektrik enerjisini kəsir",-deyə o vaxt Emomali Rəhmon jurnalistlərə şikayət etmişdi.

Özbəkistanla ərazi mübahisələrindən danışarkən (Tacikistanda Səmərqənd və Buxaranı tarixi və mədəni sərvətləri hesab edirlər), Emoməli Rəhmon qonşu respublikanın prezidenti ilə mübahisəsinin təfərrüatlarını açıqladı.

"Mən İslam Kərimovla dəfələrlə mübahisə etmişəm, hətta iki dəfə onunla döyüşmüşəm. Bir dəfə Nazarbayev bizi ayırdı, ikinci dəfə Kuçma. Mən ona dedim: "Səmərqənd və Buxaranı hər halda alacağıq!" –deyə
Emomali Rahmon o dövrdə bildirmişdi.
Tacikistan rəhbəri Emoməli Rəhmon onunla Kərimov arasında 2005-ci ildə Qazaxıstanda baş vermiş hadisəni xatırlayır. İkinci dəfə iki prezidentin qarşıdurması 2009-cu ildə baş verib. O vaxt tərəflər arasında mübahisə əlbəyaxa davaya çevrilsə də onları aralamışdılar.

Özbəkistan Prezidenti tacikistanlı həmkarının sözlərinə reaksiya verməyib.

Əziz Mustafa, Oxuməni.az