ABŞ-ın eks prezidenti Koreyaya gəlib

ABŞ-ın eks prezidenti Koreyaya gəlib

26 Aprel 2011 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın "Lenta.ru" saytının verdiyi məlumata görə, ABŞ-ın sabiq prezidenti Cimmi Karter Şimali Koreyaya səfərə gedib.

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Finlandiyanın sabiq prezidenti Martti Ahtisaarinin, Norveçin sabiq Baş naziri Qru Brutlannın və İrlandiyanın sabiq prezidenti Meri Robinsonun da daxil olduğu nümayəndə qrupu ilə Şimali Koreyada üç günlük səfərdə bir sıra görüşlər keçirəcək.


Səfər çərçivəsində nümayəndə heyəti ölkə başçısı Kim Çen İr və oğlu Kim Çon Ien ilə görüşməyi nəzərdə tutub. Əgər görüşlər baş tutarsa, nümayəndə heyəti Şimali Koreya ilə Cənubi Koreya arasındakı münasibətlərin sonrakı taleyi, tərəflərin danışıqlar masasına oturması kimi məsələləri müzakirə edəcəklər.


Qeyd edək ki, bu, Cimmi Karterin Şimali Koreyaya birinci səfəri deyil. O, 2010 - cu ilin avqust atında sözügedən ölkəyə səfər etmiş, lakin Kim Çen İrlə görüşə bilməmişdir.


Qərb ölkələri Şimali Koreyanı da bəzi Şərq dövlətləri ilə birlikdə terroru dəstəkləyən dövlət elan etmişdilər. Lakin Ş.Koreyanın əhalisi müsəlman olmadığı üçün onlarla danışıqlar yolu ilə müzakirə aparırlar. Bu da ikili standartın növbəti sübutudur.


Elvin Babayev

O.M.