Qazaxıstanda 14 əsgərin və bir ovçunun müəmmalı qətli ilə bağlı yeniliklər üzə çıxıb

Qazaxıstanda 14 əsgərin və bir ovçunun müəmmalı qətli ilə bağlı yeniliklər üzə çıxıb

7 İyun 2012 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda 14 əsgərin və bir ovçunun müəmmalı qətli ilə bağlı yeniliklər üzə çıxıb. Məlum olub ki, qətli törədən şəxs Alma-atı vilayətinin "Arkankərgən" sərhəd postunda xidmət edən Vladislav Çelax adlı əsgərdir və cinayətə səbəb onunla həmkarları arasında yaşanan insident olub. İnterfax-ın məlumatına görə, Qazaxıstan Baş Prokurorluğunun rəsmisi Nurdaulet Suindikov bugünkü brifinqində istintaqın rəyini açıqlayıb. Məlum olub ki, adıçəkilən sərhəd zastavasında əsgərlər arasında gərgin şərait hökm sürüb və mütəmadi olaraq konfliktlər baş verib. Sonuncu belə konfliktlərin birində sıravi Vladislav Çelax 14 əsgər yoldaşını və təsadüfən hadisə yerində olan bir ovçunu güllələyib.

O.M.