Bakı şəhəri haqqında bələdçi-kataloqlar hazırlanıb

Bakı şəhəri haqqında bələdçi-kataloqlar hazırlanıb

26 Aprel 2011 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycanı kəşf edək. Bələdçi kitablar" layihəsi çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "Filmer Limited" şirkəti tərəfindən hazırlanmış Bakı şəhəri haqqında "Hedonist's Guide to Baku" adlı bələdçi-kataloqlarının İPhone telefonları, İPad planşetləri üçün nəzərdə tutulan və İTunes-dan yüklənə bilən elektron variantı hazırlanıb. Bu kataloq 9.99 Funt Sterlinqə satışa çıxarılıb.


Qeyd edək ki, İTunes üçün elektron variantın hazırlanması barədə məlumat "Hedonist's Guide" ın Facebook, Twitter və Foursquare sosial şəbəkə səhifələrində yerləşdirilib.


Xatırladaq ki, "Hedonist's Guide to Baku" bələdçi-kataloqlarının 29 sentyabr 2010-cu il tarixində Ümumdünya Turizm Günü illə əlaqədar olaraq Bakı Biznes Mərkəzində keçirilmiş tədbir zamanı təqdimatı keçirilmişdi.


Bakını tanıyaq və tanıdaq...


Elvin Babayev


O.M.