Gürcüstanda “AstraZeneka”dan şoka düşən tibb bacısı öldü
Gürcüstanın Ahaltsıx şəhərində “AstraZeneka” koronavirus əleyhinə peyvəndi vurdurandan sonra şok keçirən tibb bacısı Meqi Bakradze ölüb.
Oxuməni.az xəbər verir ki, bu məlumatı “Sputnik Gürcüstan”a onun qohumları verib. Onlar qadının çox ağır vəziyyətdə olduğunu və buna ürəyinin dözmədiyini deyiblər:
“Onun beyni işləmirdi və ürəyi də dayandı. Peyvəndə qədər o tam sağlam idi, heç bir xəstəliyi yox idi”.
Qeyd edək ki, dünyanın 10-dan artıq ölkəsi “AstraZeneka” vaksininin istifadəsini dayandırıb.
Digər xəbərlər

















.jpg)





















.jpg)






















































