Tanınmış bloger Mehman Hüseynov saxlanıldı və buraxıldı
Tanınmış bloger Mehman Hüseynov, müxalif NİDA hərəkatının fəalı Ülvi Həsənli ilə birlikdə Novxanı kəndində saxlanılıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə bu barədəTuran agentliyinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, tutulan şəxslər günortadan sonra sərbəst buraxılıblar.
“Novxanı kəndində bir məmurla bağlı araşdırma apardıq. Geri qayıdan zaman bizi polis saxladı. Sonra bizi Abşeron Rayon Polis Şöbəsinə gətirdilər. Orada bizə fərqli suallar verməyə başladılar. Dronum var və məsələni araşdıracaqlarını söylədilər. Bir müddət sonra bizi Gənclik metro stansiyasına gətirdilər və orada sərbəst buraxdılar”, - Mehman Hüseynov deyib.
Digər xəbərlər

















.jpg)





















.jpg)






















































