Atəşkəsi pozmaqda davam edən işğalçı Ermənistan ordusu 3 nəfər itki verdi

Atəşkəsi pozmaqda davam edən işğalçı Ermənistan ordusu 3 nəfər itki verdi

5 İyun 2012 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhə xəttində atəşkəsin pozulması halları davam edir. Ermənistanın Tert.am saytının verdiyi məlumata görə, 04 iyundan 5 iyuna keçən gecə Ermənistan Respublikasının Tavuş rayonunun Çinari kəndində atəşkəsin pozulması nəticəsində 3 erməni hərbçisi öldürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, insident Ermənistan ordusunun atəşkəs rejimini pozması ilə bağlı baş verib. Belə ki, həmin gecə qarşı tərəf cəbhənin şimal-qərb istiqamətində atəşkəs hallarını intensiv şəkildə pozub. Belə ki, İyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib. Düşmən cavab atəşi ilə susdurulub, hücum dəff edilib.

O.M.