2 yaşlı uşaq anasını öldürüb

2 yaşlı uşaq anasını öldürüb

26 Aprel 2011 10:59
Bəyəndim (0) Bəyənmədim (0)


İki yaşlı uşaq əl altında olan silahı oyuncaq bilərək tətiyi basması nəticəsində anasını öldürüb. Hadisə ABŞ-ın Florida ştatında baş verib. Troy Bailet adlı 2 yaşlı uşaq atasının Glok markalı 9 millimetr çaplı silahı ilə anasını güllələyib.

Ata silahını göz qabağına qoyubmuş. Elə bu vaxt uşaq silahı götürüb və atasının gözləri qarşısında tətiyi basıb və anasını öldürüb.

Polis qatil uşağın atasını günahkar olmadığı üçün sərbəst buraxıb. Şahidlər polisin hadisədən qorxan uşaqla çox pis rəftar etdiyini söyləyiblər.

Qonşu Villiam 2 yaşlı uşağın tətiyi çəkə bilməyəcəyini də sözlərinə əlavə edib. 2 yaşlı uşaq sosial xidmət tərəfindən nəzarət altına alınıb.

Araşdırma bitənə qədər uşaq anasının ailəsində qalacaq.