Çernobl faciəsi yad olunur

Çernobl faciəsi yad olunur

26 Aprel 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün Ukraynada Çernobl qurbanları yad olunur. Ən dəhşətli nüvə qəzası kimi bilinən Çernobl hadisələrindən 25 il ötüb. Bu fəlakət Ukraynada bir dəqiqəlik sükutla yad olunub.


1986-cı ildə Çernobl nüvə elektrik stansiyasında bir reaktorun partlaması nəticəsində radiasiya ətrafa yayılmışdı. Rusiyalı mühəndislər sızıntının qarşısını almaq üçün müvəqqəti olaraq reaktorları betonla örtmüşdülər.


Qeyd edək ki, bu ərazidə nüvə tullantılarının təmizlənməsi işinə azərbaycanlı mühəndislər və hərbiçilər də cəlb olunmuşdular. Bu gün də həmin insanlar radiasiyanın təsirindən əziyyət çəkirlər.


Ərazinin 30 kilometrliyinə yaxınlaşmaq indiyədək qadağandır.


Elm-texnika inkişaf etdikcə kainat fəlakətə doğru sürüklənir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, real mənzərə haqda təsəvvür yaransın. Çernobl qəzasının ətrafa yaydığı radioaktiv tullantılar hələ 1.5 milyon il torpaqdan çəkilməyəcək...


Elvin Babayev


O.M.