
Tatarıstan Ali Dini Şurası müsəlmanları təhqir etmiş erməni jurnalistin həbsini istəyir
Tatarıstan Müsəlmanları Ruhani İdarəsində müsəlmanları təhqir etmiş, onların mənəviyyatını alçaltmağa çalışmış və buna görə bucaqlı hücuma məruz qalmış Sergey Askanyanın həbs olunmasını istəyirlər. Bu barədə Rusiya Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə yazılı müraciət göndərilib. Tatarıstan müsəlmanları indən belə bu cür halların təkrar olunmaması üçün erməni jurnalistin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirlər. Müraciətdə bildirilir ki, faktla bağlı 2 cinayət işi açılmalıdır, biri jurnalistə fiziki təzyiq ətrafında, digəri isə jurnalistin müsəlmanlara qarşı mənəvi təzyiqi barədə.
O.M.
Digər xəbərlər