Venesueladan Suriyaya dəstək

Venesueladan Suriyaya dəstək

26 Aprel 2011 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela prezidenti Uqo Çavez Suriya prezidenti Bəşər Əsədə dəstək verib. Çavez Əsədə mesajında "Terroristlər sonunda Suriyaya da gəldi, şiddət və ölümü gündəmə gətirdi. Bir daha ən kiçik araşdırma aparmadan prezident günahkar elan edildi" deyib.


Əsədin Latın Amerikadakı müttəfiqi Çavez beynəlxalq aləmi xalqı qorumaq bəhanəsi ilə Suriyaya ordu yollamaq fikrini də pisləyib. O, beynəlxalq ictimaiyyəti imperialist hərəkətlərdə günahlandırıb.


Qeyd edək ki, mart ayının sonunda Çavez Liviya lideri Müəmmar Qəddafiyə də dəstək vermişdi.


Deyəsən, Çavez ağrımayan başına dəsmal bağlamaq istəyir...


Hafiz Əhmədov


O.M.