
“Bolmart” marketi Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə möhtəşəm tədbir keçirəcək
Sabah "Bolmart" ticarət şəbəkəsinin obyektlərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr edilmiş aksiya keçirəcək. Aksiyada 0-6 yaşlarında olan uşaqlar iştirak edəcəklər. Ticarət şəbəkəsində alış-veriş etməsindən asılı olmayaraq, "Bolmart" brendi hər kəsi bu möhtəşəm tədbirə dəvət edir. Şənlik Bakı şəhəri, 9-cu mikrorayon, Mir-Cəlal küçəsi-72 ünvanında, Bolmartın mərkəzi satış obyektinin uşaq-əyləncə şöbəsində keçiriləcək. Bu zaman 6 yaşınadək olan uşaqlara çeşidli hədiyyələr veriləcək, maraqlı sürprizlər ediləcək.
Hər zaman bolluğa və bərəkətə üstünlük verən Bolmart marketi bütün uşaqları bayram münasibəti ilə təbrik edir.
O.M.
Digər xəbərlər