Şəkidə baş verən ağır yol qəzası 2 nəfərin həyatına son qoyub

Şəkidə baş verən ağır yol qəzası 2 nəfərin həyatına son qoyub

8 Fevral 2021 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə fevralın 6-da saat 8 radələrində qeydə alınıb. Aşağı Göynük kənd sakini E.Musayev idarə etdiyi VAZ-2107 markalı avtomobili aşırması nəticəsində özü və sərnişini D.Mustafayev hadisə yerində ölüblər.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.