Rusiyada baş verən bərbəxt hadisə nəticəsində  4 nəfər ölüb

Rusiyada baş verən bərbəxt hadisə nəticəsində 4 nəfər ölüb

8 Fevral 2021 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Altay diyarında qar taxıl anbarının damını uçurub.

Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, uçqun altında ümumilikdə 8 nəfər qalıb, onlardan 4-ü ölüb. Xəsarət alanlardan bir nəfəri xəstəxanaya yerləşdirilib, digərləri isə tibb müəssisəsinə yerləşdirilməkdən imtina ediblər.