Bakıda 5 müəllim və məktəbəhazırlıq qrupundakı 1 uşaqda koronavirus aşkarlanıb

Bakıda 5 müəllim və məktəbəhazırlıq qrupundakı 1 uşaqda koronavirus aşkarlanıb

5 Fevral 2021 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və məktəbəhazırlıq qrupuna cəlb olunan bir uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.

İdarədən Oxuməni.az-a verilən məlumata görə, 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.