Tripoli yenidən hava zərbələrinə məruz qalıb

Tripoli yenidən hava zərbələrinə məruz qalıb

26 Aprel 2011 10:03
Bəyəndim (0) Bəyənmədim (0)


Farance presse agentliyinin yerli sakinlərə istinadən verdiyi məlumata görə, aprelin 26-sı gecə saatlarında Tripoli şəhəri yenidən havadan bombardman olunub. Ölən və yaralananlar barədə məlumat verilməyib.


Hava hücumları zamanı Qəddafinin strateji obyektlərinin hədəf alındığı bildirilib. Şahidlərin sözlərinə görə, binalarda ümumən 45 nəfər adam olub. Onların aqibəti barədə isə hələlik heç nə məlum deyil.


Qeyd edək ki, dünən də Tripoli şəhərinə hava hücumları təşkil olunmuşdu. Rəsmi məlumatlara görə, bu hücumlarda məqsəd Müəmmar Qəddafiyə suiqəsd etmək olub.


Qərb ölkələri Liviya xalqına nağıl danışsalar da, nədənsə göydən üç alma düşmür. Hələlik bombalar düşür...


Elvin Babayev


O.M.