Sədərək Ticarət Mərkəzində dəhşətli hadisə: Ölən və yaralanan var

Sədərək Ticarət Mərkəzində dəhşətli hadisə: Ölən və yaralanan var

1 Fevral 2021 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə məlumat daxil olub.

Oxuməni.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsevər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxuməni.az