İran tərəfi ordusunun Suriyada olduğunu etiraf etdi

İran tərəfi ordusunun Suriyada olduğunu etiraf etdi

29 May 2012 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

İranın İslam inqilabı müdafiə korpusunun xüsusi təyinatlı "Qüds" dəstəsinin komandanının müavini bu ölkənin hərbi kontingentinin Suriyada olduğunu etiraf edib. The Guardian-nın məlumatına görə, İsmayıl Qaani adlı yüksək rütbəli İran zabiti bunun tarixi zərurət olduğunu bildirib: "İslam Respublikasının hərbçiləri Suriyaya gəlməsəydilər, müxalifət qüvvələri insanları böyük miqyaslarda tələf edərdilər. İranın Suriyada fiziki və ya mənəvi iştirakı ilə bu hadisələrin qarşısı alınıb".

İranlı zabit çoxdan bəri müzakirə olunan faktı təsdiqləsə də, Suriyada olan İran hərbçilərinin sayını açıqlamayıb.

O.M.