Suriyada nümayişlər zamanı daha 25 nəfər öldürülüb

Suriyada nümayişlər zamanı daha 25 nəfər öldürülüb

26 Aprel 2011 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

France-Presse informasiya agentliyinin verdiyi məlumata görə, Suriyada kütləvi nümayişlər davam edir. Dünən Suriyada toqquşmalar zamanı azı 25 nəfər adam həlak olub, yüzdən çox adam isə yaralanıb.


Nümayişləri yatırmaq üçün Bəşər Əsəd Deraa şəhərinə beş min canlı qüvvə və üç ağır zirehli texnika göndərib. Keçirilən əməliyyatlar zamanı üsyançılardan xeyli sayda silah və sursat aşkarlandığı bildirilib.


Suriya ordusunun bir neçə zabiti və əsgəri isə Deraa şəhərində silahsız nümayişçilərə atəş açmaqdan imtina ediblər. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verir.

"Əl-Öməri məscidinin qarşısında 5 zabit və 10 əsgər qarşı tərəfdəkilərin silahsız olduğunu görəndə atəşi dayandırdılar", deyə yerli fəal Abdulla Abazeyd bildirib. Onun sözlərinə görə, nəticədə sakinlər küçədən meyitləri və yaralıları götürə biliblər.


Öz millətinə güllə atan əzizlərini atəşə tutmuş sayılır. Çünki onlar da eyni millətin nümayəndələridir.


Elvin Babayev


O.M.