İtaliya yenidən Liviyaya hərbi təyyarələr göndərəcək

İtaliya yenidən Liviyaya hərbi təyyarələr göndərəcək

26 Aprel 2011 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyadakı hərbi əməliyyatlarda indiyədək iştirak etməyən İtaliya HHQ Müəmmər Qəddafi rejiminin strateji hərbi obyektlərinə aviazərbələr endirəcək. Bu barədə məlumatı BBC telekanalının İtaliya xidmətinə ölkənin baş naziri Silvio Berluskoni müsahibəsində deyib.


Baş nazirin dəftərxanasından verilən məlumata görə, Berluskoni ABŞ prezidenti Barak Obama ilə telefon söhbətində ona Liviya əməliyyatında İtaliya hərbi aviasiyasının rolunu artıracağını bildirib. Berluskoni bu barədə digər Avropa liderlərinə də məlumat vermək niyyətindədir.


Qeyd edək ki, Liviyaya hərbi müdaxilə zamanı İtaliya hərbiçiləri də bu əməliyyatlara qoşulmuşdu. Lakin bəzi dövlət dairələrində bu etirazla qarşılandığına görə geri addım atılmışdı.


Çaqqal leşə yığışan kimi artıq bütün Qərb ölkələri Qəddafi rejiminin üstünə daraşıblar. Əlbəttə ki, neftə görə...


Hafiz Əhmədov


O.M.