ABŞ-ın Miçiqan ştatında təyyarə qəzaya uğrayıb: Ölənlər var

ABŞ-ın Miçiqan ştatında təyyarə qəzaya uğrayıb: Ölənlər var

3 Yanvar 2021 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Miçiqan ştatında təyyarə qəzaya uğrayıb.

Oxuməni.az-ın məlumatına görə, bu barədə “Detroit News” qəzetinin xəbərində bildirilib.

Qəzet Oklend Polis İdarəsinə əsasən məlumat yayıb ki, ilkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Onlardan biri pilot, ikisi isə sərnişin olub.

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Bildirilib ki, təyyarənin düşdüyü ərazidə bir evdə güclü yanğın baş verib. Sakinlər vaxtında evdən çıxmağı bacarıblar.

Oxuməni.az