İranda azərbaycanlı şairlər müəmmalı şəkildə yoxa çıxdılar

İranda azərbaycanlı şairlər müəmmalı şəkildə yoxa çıxdılar

23 May 2012 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Sərhədsiz reportyorlar" təşkilatı İranda həbs olunmuş Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar del Geraninin (Hacızadə) taleyindən narahatdır. APA-nın məlumatına görə, təşkilatın rəsmi saytında bununla bağlı bəyanat yerləşdirilib.

"Sərhədsiz reportyorlar" İran hakimiyyətini ən qısa müddətdə mayın 2-də Təbrizdə yoxa çıxmış azərbaycanlı şairlərin taleyinə aydınlıq gətirməyə çağırıblar.
Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, Fərid Hüseyn və Şəhriyar del Gerani mülki şəxslər tərəfindən girov götürülüb.

O.M.