Oğuzda dəhşətli qəza baş verib

Oğuzda dəhşətli qəza baş verib

19 Dekabr 2020 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Oğuzda avtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.

Oxuməni.az xəbər verir ki, hadisə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib.

Bakı şəhər sakini Azər Haqverdiyev idarə etdiyi “Mersedes” markalı, 99- JS 491 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtobusu yolun kənarına aşırıb.

Qəza zamanı avtobusda olan sərnişinlərdən 14 nəfər - Məmmədov İdris Səfər oğu, Qarayev Rövşən Əlican oğlu, Allahverdiyev Sərvan Qəhraman oğlu, Məmmədov Yaşar Əlixan oğlu, Qasımov Şükür Həsən oğlu, Babayev Vüsal Afət oğlu, Hacıyev Vüqar Şahmar oğlu, Ələkbərov Mahir Həsənbala oğlu, İsgəndərov Nüsrət Həsrət oğlu, Əliyev Əlihüseyn Musa oğlu, Cavadov Maarif Arif oğlu, Məmmədov Yalçın İspəndiyar oğlu, Abdullayev Möhsüm Həşim oğlu və Vəliyev Ceyhun Abbasəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Qeyd edək ki, qəzaya düşən avtobus və avtobusda sərnişin qismində olan şəxslər “Evrascon” ASC-nın işçiləridir.

Oxuməni.az