Nyu-Yorkda  baş verən atışmada cinayətkar öldürülüb-Video

Nyu-Yorkda baş verən atışmada cinayətkar öldürülüb-Video

14 Dekabr 2020 13:19
Bəyəndim (2) Bəyənmədim (0)

Nyu-Yorkdakı İonna Boqoslav kilsəsində atışma baş verib.

Oxuməni.az-ın euornevvs-ə istinadən verdiyi xəbərə görə, iki pistoletlə silahlanan şəxs vətəndaşlar İsanın anadan olması gecəsinə həsr edilən konsertdən çıxan zaman atəş açıb. Həmin vaxt yaxınlıqda olan patrul xidməti əməkdaşları cinayətkarı zərərsizləşdirmək üçün hərəkətə keçiblər. Köməyə gələn polis dəstələri konsertdə iştirak edənlərin təhlükəsiz şəkildə binanı tərk etməsinə yardım ediblər. Hadisə yerinə dəvət edilən sərrast atıcılar tərəfindən açılan atəşlə cinayətkar başından yaralanıb. Xəstəxanaya aparılan cinayətkar orada başından aldığı yaradan ölüb. İnsident zamanı kilsədə olan mülki əhalidən zərər görən olmayıb.

Oxuməni.az hadisə yerindən videogörüntüləri təqdim edir: