Rusiya Federal Təhlükəsizlik Xidməti İdarəsinə məxsus binada partlayış baş verib
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Qaraçay-Çərkəz Respublikası üzrə regional idarəsində partlayış baş verib.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumatda bildirilib ki, kamikadze tərəfindən törədilən terror aktı nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb: “İlkin məlumata görə, radikal və ekstremist yönümlü bir nəfər FTX-nın binasına girib “Allahu Əkbər” qışqıraraq özünü partladıb”.
Agentliyin digər mənbəsinin açıqladığı məlumata görə isə iki dəfə partlayış olub. Səhər saat 07-də FTX-nın binasında kiçik həcmli bomba partlayıb. Bir neçə saat sonra isə FTX əməkdaşları hadisə yerində iş apararkən onlara avtomobil yaxınlaşıb. Avtomobildən kamikadze düşərək özünü partladıb.
Oxuməni.az
Digər xəbərlər































































































