Güclü  qar Bakı-Şamaxı yolunun bağlanmasına səbəb olub

Güclü qar Bakı-Şamaxı yolunun bağlanmasına səbəb olub

11 Dekabr 2020 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Havaların gözlənilmədən soyuması Bakı-Şamaxı-Yevlax magistral yolunda nəqliyyatın hərəkətində problemlərə səbəb olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, dekabrın 10-dan 11-nə keçən gecə yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun bəzi hissələrinin bağlanmasına səbəb olub.

Yolların buz bağlaması nəticəsində rayonunun Muğanlı kəndi və Ağsu aşırımlarında hərəkət məhdudlaşdırılıb. Nəticədə yolda tıxac yaranıb. Hazırda yolların təmizlənməsi və nəqliyyatın hərəkətinin təmini üçün müvafiq işlər həyata keçirilir.

Oxuməni.az