Nigeriyada üç böyük partlayış olub

Nigeriyada üç böyük partlayış olub

25 Aprel 2011 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Şimal-şərqi Nigeriyada dalbadal üç böyük partlayış qeydə alınıb. Frans-Press informasiya agentliyinin yerli polislərə istinadən verdiyi məlumata görə, partlayışlar dünən gecə saatlarında baş verib.


Terror aktı zamanı xeyli sayda ölən və yaralananlar olsa da, bu barədə rəsmi açıqlama verilməyib. Partlayışlar əhalinin gur olduğu yerlərdə törədilib. Xəsarət alan mülkü vətəndaşlar dərhal yerli xəstəxanalara yerləşdiriliblər.


Polis terror aktının islam qruplaşması olan "Boko Haram" tərəfindən həyata keçirildiyini söyləyib. Qeyd edək ki, bu təşkilat dəfələrlə xristianların çox olduğu yerlərdə partlayışlar törətməklə tanınır. Xatırladaq ki, Nigeriyada sabitlik prezident seçkilərindən sonra pozulmuşdu.


İslam dininə görə, bir insanı öldürmək kainatı məhv etmək qədər böyük günah sayılır. Deməli, "Boko Haram" kimi qruplaşmaların haram işlərinin dinimizlə heç bir əlaqəsi yoxdur.


Elvin Babayev


O.M.